Dünya
Türkiyə polisi Suriya sərhədini qanunsuz keçməyə cəhd edən 9 britaniyalını saxlayıb
[ 02 Aprel 2015 01:40 ]
Bakı-APA. Türkiyə polisi Suriya sərhədini qanunsuz keçməyə cəhd edən doqquz britaniyalını həbs edib.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, britaniyalılar Türkiyə ərazisində Suriya ilə həmsərhəd Hatay əyalətində saxlanılıb.
Britaniyalıların Suriya ərazisinə keçmək istəməsinin məqsədi hələlik məlum deyil.
SkyNews telekanalı saxlanılanların 3 kişi, 2 qadın və 12 yaşadək 4 uşağın olduğunu bildirib. Onların Böyük Britaniyaya deportasiya ediləcəyi gözlənilir.