Dünya

Türkiyə müxalifətinin sabiq lideri ermənilərə dəstək verən 2 türk deputatı tənqid edib

Metbuat.az

Bakı. 22 aprel. REPORT.AZ/

Avropa Şurası

Parlament Assambleyasının son iclası zamanı ermeni deputatların təklifi ilə "soyqırım qurbanlarının xatirəsi" bir dəqiqəlik sükütla yad edilsə də, Azərbaycan nümayəndə heyyətinin üzvləri ilə əksər Türkiyəli deputatlar ayağa qalxmayıb.


"Report"un Sabah qəzetinə istinadla verdiyi xəbərə görə, buna baxmayaraq Türkiyə nümayəndə heyətindən iki deputat ermənilərlə həmrəy olub ayağa qalxıb. Bu addım iclas zalında olan Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sabiq lideri Dəniz Baykalın sərt tənqidinə səbəb olub.


Dəniz Baykal Türkiyə parlamentinin iki üzvünə üz tutaraq: "Bu bir dəqiqəlik sükütla əcdadlarınıza hörmətsizlik göstərirsiniz. Sizi söyənləri alqışlayırsınız" deyib.