Dünya
Mənbə
ANS PRESS
Türkiyə baş nazirini belə görənlər gözlərinə inanmadı (FOTO)
Türkiyə baş naziri İstanbulda Haliç sahilində vətəndaşlarla birlikdə balıq tutub.
ANS PRESS-in məlumatına görə, Yeni Caminin önündə avtomobilindən düşərək bir müddət vətəndaşlarla birlikdə gəzib, şəkillər çəkdirib.
Vətəndaşların şikayətlərini dinlədikdən sonra baş nazir piyada Qalata körpüsünə doğru gedib. Körpüdə balıqçılarla söhbət etdikdən sonra Davudoğlu onlarla birlikdə balıq da tutub.
Küçədə səyyar satıcılardan aldığı şabalıdı da ətrafındakı vətəndaşlara paylayıb. Sakinlər tərəfindən alqışlanan baş nazir əllərində Türkiyə bayrağını daşıyan qazilərlə də şəkil çəkdirib.
ANS PRESS