Dünya
Türkiyə Aya Sofiya kilsəsini məscidə çevirəcəyi ilə hədələyib
Bakı. 17 aprel. REPORT.AZ/ Türkiyə Roma papası Fransiskin qondarma "erməni soyqırımı" ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq İstanbulun Müqəddəs Sofiya kilsəsini məscidə çevirə bilər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ankaranın baş müftisi Mefail Hızlı bildirib.
"Papanın bəyanatı Aya Sofiyanın ibadət üçün açılmasını yaxınlaşdırır", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib.
Müfti həm də, papanın bəyanatının tələsik və birtərəfli olduğunu bildirib, çünki Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında təkcə ermənilər deyil, ölkənin müsəlman əhalisi də "acı çəkib".