Digər

Türkdilli xalqların diaspor simpoziumu keçirilib

Metbuat.az

Niderland Krallığının Rotterdam şəhərində Avropada yaşayan Türkdilli xalqların diaspor nümayəndələrinin iştirakilə simpozium keçirilib.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbiri Avropa Türk Demokratları Birliyi (UETD) təşkil edib. Simpoziumda Azərbaycan və Türkiyənin Niderlanddakı fövqəladə və səlahiyyətli səfirləri, türk əsilli millət vəkilləri, Avropada tanınmış Türk və Azərbaycan, Iraq türkmənləri, Moldova, Qazaxıstan və digər türkdilli xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə Benilüks Azərbaycanlıları Konqresi və Haaqadakı Azərbaycan Türk Kültür Dərnəyi böyük nümayəndə heyəti il qatılıb. Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov öz çıxışlarında bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatlanması və lobbiçilik istiqamətində atdığı addımlardan, Azərbaycan və Türk diaspor təşkilatlarının birgı fəaliyyətindən, Azərbaycan rrezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hər iki ölkənin diaspor təşkilatlarına verdiyi tövsiyələrdən söz açıblar.

Pərvin ABBASOV