Ölkə

Turizmdə yeni qaydalar tətbiq ediləcək (VİDEO)

Metbuat.az

Turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb.



ANS TV-nin məlumatına görə, yeni qaydalar haqqında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm Əbülfəs Qarayev Bakıda keçirilən beynəlxalq turizim sərgisində bildirib. O bildirib ki, layihə, artıq müvafiq dövlət orqanlarına təqdim olunub və hazırda razılaşmalar aparılır. Yeni qanun bu il parlamentin müzakirəsinə çıxarılacaq.



Əbülfəs Qarayev onuda qeyd etdi ki, yeni qanunda turistlərin təhlükəsizliyini təmin edən qanunların qəbul edilməsi nəzərdə tutulur. Nazir xatırladıb ki, bu günə qədər turistlərlə bağlı Azərbaycanda heç bir pis hal qeydə alınmayıb.



Azərbaycana gələn əcnəbi turistlərdən fərqli olaraq, xarici ölkələrə səyahət edən vətəndaşalrımızın təhlükəsizliyi, onların həyatının və sağlamlıqlarının turizim şirkətləri tərəfindən sığortalanması da mühüm məsələlərdən sayılır. Paytaxda fəaliyyət göstərən Turizim şirkətlərindən aldığımız məlumata görə, səyəhat paketini əldə edən hər bir vətəndaşa, şirkət tərəfindən səfər sığortası pulsuz olaraq təqdim olunur. Sığortanın maksimal dəyəri isə 5000 ABŞ dolları civarında olur. Amma bu şərtlə ki, turun minimal müddəti 3 gün olmalıdır.



Turizm şirkətinin rəhbəri Abbas Süleymanov açıqladı ki, 5 min dolların içərisində turistin tur zamanı sağlamlığında baş verə biləcək halların qarşısını almaq üçün istifadə olunur. Belə ki, sığorta şirkəti onun xarici ölkələrdə olduğu nümayəndəlikləri tərəfindən həyata keçirlir və turistə köməklik göstərilir.



Nazirlikdən onu da bildirdilər ki, Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib. Çünki istənilən turist şirkəti, iqtisadi əsaslara söykənir. Ümüd edirki ki, bu qanun layihəsi ölkəyə gələn turistlərin sayını artırar və eyni zamanda Azərbaycanın turizim sektoruna əhəmiyyətli dərəcədə fayda verər.



Mənbə
ANS TV, Orxan Mahmudoğlu