Sosial

TQDK Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanları keçirib

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

(TQDK) bu gün Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.


İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili fənnindən həyata keçirilib. Hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılıb.


İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, mütamadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. TQDK-dan o da bildirilib ki, imtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.