Ölkə

Tovuzlu fermerlər 725 hektar sahədə tərəvəz əkiblər

Metbuat.az

Tovuz, 3 aprel,

AZƏRTAC

Tovuzlu fermerlər cari ildə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün məqsədyönlü tədbirlər həyata keçirirlər. Rayonda kartofçuluğun inkişafi ilə yanaşı, tərəvəz əkininə də diqqət yetirilir.


Rayon statistika idarəsindən

AZƏRTAC

-a bildiriblər ki, torpaq mülkiyyətçiləri hələlik 725 hektar sahədə tərəvəz əkini həyata keçiriblər. Tərəvəz əkilən sahələr ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.


Rayonda tərəvəz əkini davam edir.