Ölkə
AZƏRTAC
Tovuzda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 36 min ağac əkilib
Tovuz, 4 aprel,
AZƏRTACAprelin 4-də Tovuzda İDEA İctimai Birliyinin həyata keçirdiyi “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib.
AZƏRTAC
xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə keçirilən kampaniyada Tovuz çayının sağ sahilində, Qaraxanlı yolunun ətrafında, Qazıqulu kəndində, Göytəpə qədim yaşayış məskənində və Bakı-Qazax magistral avtomobil yolunun rayondan keçən hissəsində 2 min 400 ağac əkilib.
Ümumiyyətlə, bu mövsümdə rayonda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 36 min ağac əkilib.