Digər
Tovuzda dördayaqlı dəhşət - FOTO
Tovuzda sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilib
Milli.Az
Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzda sahibsiz itlər növbəti dəfə sakinlərə məxsus heyvanlara hücum edib. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Xırdabuynuzlu heyvanları otarmağa aparan kənd sakini
Elbrus Cəfərov9 vəhşi itin hücumuna məruz qalıb. Qonşuların müdaxiləsinə baxmayaraq sahibsiz itlər qoyunlardan 4-nü yaralayıb, 2-ni isə parçalayaraq öldürüb. Zərərçəkənlər bildirirlər ki, Yuxarı Öysüzlüdə quduzlaşmış canlıların sayı günbəgün artır. Təhlükə mənbəyinə çevrilən itlər azyaşlı uşaqların oyun meydançasında daha çox gözə çarpdığından bu məsələ sakinləri daha çox narahat edir.
Qeyd edək ki, sahibsiz itlərə təkcə Yuxarı Öysüzlü kəndində deyil, Tovuzun mərkəzində, Ağdam və digər yaşayış məntəqlərində də rast gəlmək mümkündür.
Milli.Az