Ölkə
Tovuzda avtobus və taksi fəaliyyəti ilə məşğul olan 1417 avtomobil qeydiyyata alınıb
Tovuz, 14 aprel,
AZƏRTACCari ilin yanvar-mart aylarında Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin 11 saylı Regionalnəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tovuzda avtobus və taksi fəaliyyəti ilə məşğul olan 1417 avtomobil qeydiyyata alınıb. Həmin avtomobillərə fərqlənmə nişanı verilib, dövlət büdcəsinə 24 min 105 manatdan çox vəsait ödənilib.
Cəmiyyətdən
AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, lisenziyası və daşınma sənədləri düzgün olmayan hüquqi və fiziki şəxslər barəsində 99 ədəd inzibati tənbeh protokolu tərtib edilərək, yerli icra qurumlarına göndərilib.