Digər

Tovuzda 66 yaşlı kişi intihar edib

Metbuat.az

[ 06 Aprel 2015 18:44 ]



Bakı. Fuad Cəfərov – APA. Tovuz rayonunda intihar hadisəsi baş verib. Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Alakol kəndində qeydə alınıb.

Rayon sakini, 1949-cu il təvəllüdlü Məhəmmədli Quliyev yaşadığı evdə özünü asaraq, intihar edib. Faktla bağlı araşdırma aparılır.