Ölkə

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı Almaniyada tədqiqat aparır

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaq örtüyünün strukturu laboratoriyasının elmi işçisi Elşən Nuriyev Almaniyanın Qrayfsvald şəhərində ezamiyyətdədir. Ezamiyyətin məqsədi biosfer ehtiyat əraziləri ilə bağlı tədqiqatlar aparmaq, Azərbaycanda biosfer ehtiyat ərazilərin yaradılmasının mümkünlüyünü araşdırmaq və bu məqsədlə potensial əraziləri qiymətləndirməkdi.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, beş ay davam edəcək ezamiyyət çərçivəsində Almaniyadakı milli parklar və biosfer ehtiyat ərazilərinə sahə səfərləri təşkil olunacaq, həmçinin bu mövzuda tədqiqat işi aparan mütəxəssislərlə müsahibə aparılacaq və görüşlər keçiriləcək. Səfər Almaniyada və dünyanın əksər yerlərində ekoloji elmi-tədqiqat işləri aparan Sukkov Fondu tərəfindən maliyyələşir.