Dünya

Tonqada 5,8 bal gücündə zəlzələ oldu

Metbuat.az

Aprelin 7-də Tonqa Krallığı sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Xixifo yaşayış məntəqəsindən 100 km aralıda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.