Dünya
APA
Milli.Az
Timoşenko "Naftoqaz" şirkətini ləğv etməyə çağırdı
“Batkivşina” fraksiyasının lideri, Ukraynanın sabiq baş naziri
Yuliya Timoşenko“Naftoqaz” şirkətini ləğv etməyə çağırıb.
APA
-nın məlumatına görə, “Şuster LİVE” verilişinin qonağı olan Y.Timoşenko bildirib ki, “Naftoqaz” korrupsiyanın çiçəkləndiyi yerdir.
O qeyd edib ki, Ukraynada qaz hasilatının maya dəyəri 23,5 dollar (1000 kubmetr) təşkil edir.
“Əgər mənə müvafiq sənədlərə baxmaq imkanı yaradılsa, sizə sübut edərəm ki, qiymət 23,5 dollardan da aşağıdır. Orada həmişə qiymətlər yüksək olur. Bütün korrupsiyalaşmış siyasi çevrə məhz bu pulla yaşayır”, - deyə o vurğulayıb.
Milli.Az