Digər

Təyyarəni ildırım vurdu

Metbuat.az

“Icelandair” şirkətinin Reykyavikdən Denverə üçan Boeing 757-i təyyarəsinə uçuşun gedişatında ildırım düşüb.



ANS PRESS-in məlumatına görə, bu haqda "The Daily Mail" yazıb.



İldirım vurması nəticəsində təyyarənin burun hissəsində böyük zədələnmə olub.



Pilotlar zədə barədə məlumat verməyərək uçuşu davam etdiriblər. Səkkiz saat davam edən uçuş zamanı heç bir problem yaranmayıb.



Sərnişinlərin sözlərinə görə, onlar uçuşdan bir müddət sonra zərbəni eşidiblər.



Hadisə nəticəsində heç kim zərər çəkməyib.


Mənbə
ANS PRESS