Ölkə
AZƏRTAC
Tərtərdə şahmat turnirinin qalibləri mükafatlandırılıb
Tərtər, 17 aprel,
AZƏRTACÜmummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər rayon şöbəsi gənclər və idman idarəsi ilə birlikdə şahmat turniri keçirib.
AZƏRTAC
xəbər verir ki, Gənclər Mərkəzində keçirilən turnirin iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov çıxış edərək, dahi rəhbər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Həmkarlar İttifaqının üzvlərinin iştirakı ilə keçirilən yarışın sonunda qaliblərə fəxri fərman və pul mükafatları verilib.