Ölkə

Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 41-də tibbi müayinələr yekunlaşıb

Metbuat.az

Tərtər, 20 aprel, Tahir Ağaməmmədov,

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.


Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov

AZƏRTAC

-a bildirib ki, tibbi müayinələr rayon mərkəzi xəstəxanası, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında aparılır. Artıq idarə və təşkilatların, təhsil müəssisələrinin kollektivlərinin tibbi müayinəsi başa çatıb. Rayonun 51 yaşayış məntəqəsindən 41-də sakinlər müayinədən keçirilib. Ümumilikdə fevralın 2-dən indiyədək tibbi aksiyadan 50 min 782 nəfər rayon sakini yararlanıb ki, onlardan 3727 nəfəri amblator, 63 nəfəri stasionar müalicəyə cəlb edilib, 23 nəfər müalicə olumaq üçün Bakı şəhərinə göndərilib.


Azadqaraqoyunlu kənd xəstəxanasının baş həkimi Tofiq Quliyev bildirib ki, çalışdığı tibb ocağında əhalinin müayinəsi uğurla davam edir. Hər gün onlarla kənd sakini xəstəxanaya gələrək müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. İxtisaslı müayinə tələb olunan xəstələr rayon mərkəzi xəstəxanasına göndərilirlər.


Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğısı sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Rayon sakinləri müayinələrin təşkilindən, yaradılan şəraitdən razı qaldıqlarını ifadə edərək, insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.