Terrorçular silahla ədliyyə binasına necə giriblər?
Türkiyədə prokuror
Məhməd Səlim Kirazı girov götürən terrorçuların məhkəmə binasına saxta vəkil vəsiqəsi ilə girdikləri məlum olub.
Anspress
-in məlumatına görə, bu barədə “Al Jazeera” saytı prokurorluqda olan mənbələrə istinadən xəbər verib.
Təhlükəsizlik kamerasının qeydlərinə əsasən, terrorçuların binaya vəkillərin daxil olduğu C qapısından girdikləri məlum olub. Girişdə iki nəfər saxta vəkil vəsiqəsindən istifadə edib. Görüntülərdə terrorçuların qoltuğunun altında rəsmi vəkil geyimi olduğu görünür. Ehtimal olunur ki, içəri keçirilən silahlar məhz həmin geyimin içində olub.
Prokurorluq mənbələri fəalların prokurorun otağında iki ədəd partlayıcı qurğu yerləşdirdiyini də ifadə ediblər. Partlayıcılardan biri xüsusi xidmətlə qarşıdurma zamanı terrorçular tərəfindən partladılıb. Digəri isə münaqişədən sonra polislər tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, Türkiyə baş naziri
Əhməd Davudoğluterrorçulardan brinin 1991-ci il təvəllüdlü Zonguldak doğumlu
Şafak Yayla, digərinin isə 1987 Ərdəhanda dünyaya gəlmiş
Bəxtiyar Doğruyololduğu barədə açıqlama verib.
Milli.Az