Dünya

Terrorçular Pakistanın Bəlucistan əyalətində 20 fəhləni qətlə yetiriblər

Metbuat.az

İslamabad, 11 aprel,

AZƏRTAC

Pakistan ordusunun yaydığı məlumata görə, Bəlucistan əyalətinin Qok Don rayonunda terrorçuların fəhlələrin yaşadığı düşərgəyə hücumu nəticəsində 20 nəfər qətlə yetirilib. Yaralıların da olduğu bildirilir.


Hələlik hadisə ilə bağlı məsuliyyəti heç bir terrorçu təşkilat öz üzərinə götürməyib.


Terror aktı ilə əlaqədar cinayət işi açılıb, təhqiqat aparılır.



Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad