Dünya

Terrorçular Ədliyyə binasına belə girdi (VİDEO, FOTO)

Metbuat.az

Türkiyədə terrorçular tərəfindən öldürülən prokuror Mehmet Selim Kirazı qətlə yetirən terrorçuların ədliyyəyə neçə daxil olduğu barədə görüntülər yayılıb.



ANS PRESS-in məlumatına görə, görüntülər təhlükəsizlik kamerasına əks olunub.



Kadırlarda terrorçuların prokuror Mehmet Selim Kirazın otağınadək getdiyi yol əks olunur.



Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Gəzi parkı” aksiyalarından polis tərəfindən öldürülən Berkin Elvanın işini aparan prokuror Mehmet Kiraz DHKP-C terrorçuları tərəfindən girov götürülmüşdü.



Keçirilən əməliyyat zamanı 3 terrorçu məhv edilib, ağır yaralı vəziyətdə xəstəxanaya çatdırılan prokurorun isə həyatını xilas etmək mümkün olmayıb.





Mənbə
ANS PRESS