Digər

Tələbələrə treyninq keçirildi (FOTO)

Metbuat.az

“Bədən Dili və Natiqlik Sənəti” adlı kitabın təqdimatı keçirilib.



ANS PRESS-in məlumatına görə, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”nun maliyyə yardımı ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Gənclərlə Gələcəyə” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimat mərasimi və maarifləndirmə treyninqi bu dəfə Azərbaycan Universitetində həyata keçirilib.



“Könüllü Gənclər” İctimai Birliyi yeniyetmə və gənclərdə sosial fobiyanın aradan qaldırmaq, kütlə qarşısında nitq mədəniyyətini formalaşdırmaq və düzgün ünsiyyət vasitələrindən, o cümlədən bədən-dilindən doğru istifadə etmək məqsədi ilə “Gənclərlə Gələcəyə” layihəsinə start verib.



Layihə çərçivəsində Azərbaycan Univeristetinin tələbələrinə sosial fobiyanın zərərləri, virtual aləmdən düzgün istifadə qaydaları, real kimlik, ümumi bədən-dili, liderlərin bədən-dili, təsirli nitqin əhəmiyyəti, həyəcan və gərginliyi idarə etmək, yaradıcı düşünmə mövzularında Azərbaycanın tanınmış təlimçisi Eldar Kərimov tərəfindən təlim keçirilib.



Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, eləcə də Eldar Kərimovun “Bədən Dili və Natiqlik Sənəti” adlı kitabı təqdim olunub.





Mənbə
ANS PRESS