Tələbələr AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
Bakı, 3 aprel,
AZƏRTACBakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, institutun torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramil Sadıqovun təşəbbüsü ilə tələbələr qurumun fəaliyyəti və burada görülən işlərlə tanış olublar.
İnstitutun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev tələbələrlə görüşüb, onların suallarını cavablandırıb, gənclərə təklif və tövsiyələrini verib. Sonra tələbələr institutun torpaqların meliorasiyası laboratoriyasında olublar. Laboratoriyanın rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mustafa Mustafayev laboratoriya və burada həyata keçirilən layihələr barədə tələbələrə ətraflı məlumat verib.