Digər

Təhsil naziri Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edəcək

Metbuat.az

[ 07 Aprel 2015 11:15 ]



Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayon sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 7, 8, 9 və 10 aprel 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.