İdman
ANS PRESS
Təbrizlilər qalib gəldi
İran çempionatında 24-cü turun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma azarkeşləri önündə "İstiqlal" komandasını qəbul edib.
Oyun 3:0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Traktor Sazi" 47 xala turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
MənbəANS PRESS