Digər
Milli.Az
Təbrizi "Dubay bazarı"nda qanına qəltan etdilər
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, hadisə şəhərin əhali arasında “Dubay bazarı” adlandırılan ərazisində qeydə alınıb. 21 yaşlı Gəncə şəhər sakini, bazarda satıcı işləyən
Təbriz Tağıyevmünaqişə zəminində digər satıcı tərəfindən bıçaqlanıb. Yaralı Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına gətirilib. İlkin tibbi müayinə zamanı onun sağ bud nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az