Ölkə

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Metbuat.az

Tbilisi, 2 aprel,

AZƏRTAC

Aprelin 2-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.


AZƏRTAC

xəbər verir ki, görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi