Digər

Tbilisi prospektində güclü yanğın - FOTO

Metbuat.az

Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yanındakı yarımtikilidə güclü yanğın olub



Hadisə şahidlərinin

salamnews-

a verdikləri məlumata görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq külə dönüb.



Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.



Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı böyükdür.



Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.



Milli.Az