Dünya

Tatarıstan prokurorluğu Hüseyn Qəhrəmanovun atasının həbs olunmasını tələb edir

Metbuat.az

Tatarıstan prokurorluğu yanğın baş vermiş “Admiral” ticarət mərkəzini icarəyə götürən şirkətin həbsdə olan rəhbərinin müavini

Gülhüseyn Nəcəfov

un da məsuliyyətə cəlb olunmasını tələb edir.



APA

-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tatarıstan prokurorluğunun məlumatında bildirilir. Qeyd edək ki, Gülhüseyn Nəcəfov “Admiral” ticarət mərkəzinin icarəçisi

Hüseyn Qəhrəmanov

un atasıdır və subicarə (ikinci əldən icarəyə vermə) məsələləri üzrə müavinidir.



Prokurorluq iddia edir ki, “Admiral” ticarət mərkəzindəki obyektlərin icarəyə götürülməsi ilə bağlı müqavilələri məhz Hüseyn Qəhrəmanovun atası Gülhüseyn Nəcəfov bağlayıb. Sonradan ticarət sahələri digər sahibkarlara subicarəyə verilib. Nəticədə yanğın təhlükəsizliyi qaydaları pozulub, bina qanunsuz ticarət kompleksi qismində istifadə olunub.



Qeyd edək ki, hazırda iş üzrə məsuliyyətə 11 nəfər cəlb olunub.



Xatırladaq ki, martın 11-də “Admiral” ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində 17 ölüb, azı 70 nəfər xəsarət alıb, iki nəfər itkin düşmüş hesab olunur.



Milli.Az