Digər
Ceyhun Ələkbərov
Milli.Az
"Tarqovı"da qızıl mağazasında yanğın
Milli.Az xəbər verir ki, Bakının Səbail rayonu Nizami küçəsində yerləşən "Xaqani" ticarət mərkəzində yanğın baş verib.
Hadisə ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən qızıl-zinət əşyaları mağazasında baş verib. Saat 10 radələrində baş vermiş yanğını söndürmək üçün FHN-in yanğınsöndürənləri cəlb olunublar.
Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Yanğın söndürülüb.
Ceyhun Ələkbərov
Milli.Az