Digər

Tarixi şəxsiyyətlərin heç yerdə görünməyən fotoları (FOTO)

Metbuat.az

Şəkillər bir çoxları üçün əyləncə, nümayiş vasitəsi olsa da, bəzən heç yerdə yazılmayan, deyilməyən faktları özündə canlandırır. Heç bir tarix kitablarında rast gəlinməyən məlumatlar həmin şəkillərdə öz əksini tapır.



Bəzi şəkillərdə isə tarixi şəxsiyyətlər, məşhur insanlar tamam yeni və bəzən də təəccüblü obrazda görünürlər. Bu fotoları görənlərin həmin insanlar, tarix haqqında təsəvvürlərini belə dəyişə bilər.



ANS PRESS həmin şəkilləri oxuculara təqdim edir.



Aşağıdakı şəkildə filmdə ABŞ-ın keçmiş prezidenti Con Kennedi ilə Merilin Monronun gizli sevgisini əsk etdirən səhnə göstərilir. 1961-ci ildə Merilin Monro Con Kennedi ilə tanış olur. Onun prezidentlə sevgi münasibətlərinin olması haqqında şayiələr yayılır. Hətta bəziləri Merilin Monronun həm də Con Kennedinin qardaşı Robert Kennedi ilə də münasibətlərinin olduğunu iddia edirdilər.





Gənc Bill Klinton Con Kennedi ilə görüşəndə





Çe Qevara və Fidel Kastro





Brüs Li ilə Çak Noris





Çarli Çaplin və Albert Eynşteyn





Adolf Hitler Yozef Qebbelsin toyunda





Bill Qeyts - 1977-ci ildə vəsiqəsiz maşın sürdüyünə görə həbs edilən zaman





Məhəmməd Əli - 1981-ci ildə intihar etmək istəyən adamı fikrindən çəkindirmək istəyən zaman





Gənc Usama bin Laden ailəsi ilə birlikdə İsveçdə istirahət edərkən (sağda ikinci yaşıl köynək, göy şalvarda)





Şahzadə Yelizaveta İkinci Dünya Müharibəsi illərində xidmət zamanı





Şahzadə Yelizaveta 1956-cı ildə Merilin Monronu salamlayan zaman





Martin Lüter Kinq və Marlon Brando



Mənbə
ANS PRESS