TANAP-ın xərcləri azaldı
"TANAP-ın gözəl nəticələri var. Plana uyğun olaraq boru xəttinin tikintisi başlayıb. ARDNŞ-in operatorluğu ilə həyata keçirilən layihə çərçivəsində çox müsbət uğurlar əldə olunub".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.
O bildirib ki, Azərbaycan büdcədən layihəyə üçün xərclənəcək vəsaitlərin həcmini azaltmağa müvəffəq olub: "Bu TANAP kollektivinin bacarıqlı işinin nəticəsidir. Biz bir daha şahid olduq ki, işlərin gedişatında heç bir problem yoxdur".
SOCAR-ın prezidenti iki gün öncə “Star” NEZ-də olduğunu və orada işlərin gedişatı ilə tanış olduğunu dilə gətirib: "Neft emalı zavodunun (NEZ) tikintisi plan üzrə həyata keçirilir. Artıq 2 minə yaxın insan zavodda işləyir. 2017-cilin sonunda NEZ-in tikintisi başa çatacaq və daha sonra sınaq işlərinə başlanacaq. 2018-ci ilin birinci rübündə isə NEZ işə düşərək ilk məhsulunu istehsal edəcək. Həmçinin Türkiyənin ən böyük limanı olan “Petlim”in inşasını baş çatdırırıq. Bu ilin sentyabr ayına Türkiyənin ən dərin limanını təhvil verəcəyik".
MənbəANS PRESS