Taliban yaraqlıları prokurorluq binasına hücum ediblər
Bakı, 10 aprel,
AZƏRTACTaliban hərəkatının döyüşçüləri Əfqanıstanın Məzari-Şərif şəhərindəki prokurorluq binasına hücum ediblər.
AZƏRTAC
Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanın Balx əyalətinin administrativ mərkəzi olan Məzari-Şərif şəhərindəki prokurorluq binasına edilən basqın zamanı baş verən toqquşmada aralarında 4 Taliban üzvünün də olduğu 10 nəfər ölüb, 66 nəfər isə yaralanıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Balx əyalətinin polis nümayəndəsi Əbdurrəzzak Qədrinin sözlərinə görə, hücum raket, qumbara və avtomatla silahlanmış 4 yaraqlı tərəfindən törədilib. Atışma təqribən 6 saata yaxın davam edib. Həlak olanlar arasında prokurorlar da var.
Taliban hərəkatının mətbuat katibi Zabiullah Mücahid isə hücum zamanı 80 nəfərin öldüyünü bildirib.