Dünya

Suriyada döyüşən terrorçu: "Şəhid olub 72 huri alacaqdım"

Metbuat.az

“Suriyaya müsəlman qardaşlarıma yardım etmək üçün getmişdim. Şəhid olub 72 huri alacaqdım”.

Lent.az-ın "Sözcü" qəzetinə istinadən məlumatına görə, bunu Suriyada Əl-Qaidə ilə bağlılığı olan Əl-Nüsra cəbhəsinə qatılan türk əsilli alman vətəndaşı Ufuk C. məhkəmədə deyib. Terror təşkilatına üzv olmaqda təqsirləndirilən Ufukun bu çıxışı hamını heyrətləndirib. O bildirib ki, 20 gün hərbi təlim alıb: "6 atışdan ancaq biri hədəfə dəydi. Bundan sonra Almaniyaya geri döndüm”.

Qeyd edək ki, Ufuk C. Ötən ilin aprelindən iyuluna qədər Suriyadakı döyüşlərə qatılıb. Almaniyaya qayıdanda isə tutulub.