Dünya

Suriyada 300 girov kürd azad edilib

Metbuat.az

Bakı. 6 aprel. REPORT.AZ/ Suriyanın şimal-qərbində ötən gün 300 kürdü girov götürərək naməlum istiqamətə aparan müxalif "Cebhat an-Nusra" təşkilatının üzvləri daha sonra onları azad ediblər.


"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Hələb və Dəməşq istiqamətində hərəkət edən 5 avtobusu al-Dana kəndinin yaxınlığında saxlayan qruplaşma üzvləri hökümət qüvvələri tərəfindən həbs olunan bir neçə terrorçunun azad edilməsini tələb etmişdi.


Bu tələblərinin yerinə yetirilib yetirilmədiyi hələlik məlum deyil.