Dünya
Suriya və Liviya AB zirvəsinə dəvət edilmədi
Bakı. 12 aprel. REPORT.AZ/ Bazar ertəsi Barselonada keçiriləcək
Avropa Birliyi-"Cənub Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri formal görüşünə Suriya və Liviya təmsilçiləri dəvət olunmayıb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa qonşuluq siyasətinin gələcəyi mövzusuna həsr olunan tədbirin gündəminə terrorçuluqla mübarizə, təhlükəsizlik, miqrasiya, energetika və ticarət kimi mözvular daxil edilib.
Mövzuların regional əhəmiyyətinə baxmayaraq təşkilatçılar Suriya ve Liviyadaki daxili vəziyyəti bəhanə gətirərək bu iki dövlətin nümayəndələrini İspaniyaya dəvət etməyib.
Zirvə görüşünə AB-yə üzv 28 ölkənin XİN rəhbəri ilə yanaşı Marakeş, Tunis, Misir, Livan, Fələstin, İsrail və İordaniya rəsmiləri qatılacaq.