İdman

Super Liqada yeni baş məşqçi

Metbuat.az

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.



ANS PRESS-in məlumatına görə, Şota Arveladzenin istefasından bir müddət aşağı yaş qrupları üzrə komandanın kordinatoru Jan Vutersin icra etdiyi vəzifə Önder Özenə tapşırılıb.



Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə 1.5 illik müqavilə imzalanıb.



Önder Özenin köməkçilərindən biri "Trabzonspor", "Fənərbaхça" və "Beşiktaş"ın sabiq üzvü, Türkiyə millisində oynamış braziliyalı Mehmet Aurelio olacaq.

Mənbə
ANS PRESS