Digər

Sumqayıtda yeni tikilən binada yanğın olub

Metbuat.az

[ 12 Aprel 2015 16:11 ]



Bakı – APA. Sumqayıt şəhərində tikintisi davam etdirilən ikimərtəbəli binanın 1-ci mərtəbəsində 10 kv.m sahədə tikinti materialları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, bina yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.