Digər
Milli.Az
Sumqayıtda şirkətdə yanğın
Sumqayıt şəhərində hal-hazırda fəaliyyət göstərməyən təmir-tikinti idarəsinə məxsus, ümumi sahəsi 300 kv.m olan köhnə anbarın içərisində 100 kv.m sahədə istehsalat tullantıları yanıb.
Milli.Az FHN-ə istinadən bildirir ki, yanğından anbarın qalan hissəsi muhafizə olunub. Yanğın saat 21:57-də söndürülüb.
Milli.Az