Digər

Sumqayıtda səkiyə çırpılan avtomobil yanıb

Metbuat.az

[ 02 Aprel 2015 09:47 ]


Bakı - APA. Sumqayıt şəhərində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobili səkiyə çırpılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, zərbədən sonra avtomobildə yanğın başlayıb, avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.