Digər
Sumqayıtda naməlum avtomobil piyadanı vurub
[ 06 Aprel 2015 13:16 ]
Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 4-də saat 22.00 radələrində Sumqayıt şəhərində naməlum sürücünün idarə etdiyi “BMW” və şəhər sakini Rauf Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Zərbənin gücündən idarəetmədən çıxan “BMW” markalı avtomobillə yolu keçən Qubadlı rayon sakini Ətraf Baxşəliyevi vurulub. Sürücü avtomobili ilə hadisə yerini tərk edib, Ə. Baxşəliyev isə xəstəxanaya çatdırılıb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.