Digər

Sumqayıtda məktəbdə meyit tapılıb

Metbuat.az

[ 22 Aprel 2015 11:12 ]



Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda orta məktəbin zirzəmisində meyit aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 18-ci mikrorayonunda yerləşən 35 saylı orta məktəbdə qeydə alınıb.

Həmin məktəbin zirzəmisində 1968-ci il təvəllüdlü Həsən Kazım oğlu Şükürovun meyiti tapılıb.

Meyitə ilkin baxış zamanı onun üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Hazırda ölümün səbəbi araşdırılır.