Digər

Sumqayıtda döyüş sursatı aşkar edilib

Metbuat.az

[ 01 Aprel 2015 13:31 ]



Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda döyüşə yararsız silah-sursat tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb. Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu, istifadəyə yararsız 1 ədəd 152 mm və 3 ədəd 122 mm top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.