İdman

“Sumqayıt” səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb

Metbuat.az

Sumqayıt, 2 aprel,

AZƏRTAC

Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubu səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb.


“Sumqayıt” FK-nın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, maraqlı mübarizə şəraitində keçən oyunda komanda 2:3 hesabı ilə məğlub olub.


Qarşılaşmadan sonra mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında deyib: “Maraqlı oyun alınsa da, sonda qələbəni “Xəzər Lənkəran” qazandı. Səhvlərimiz göz önündədir. Artıq 11 oyundur ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda “Bakı” ilə keçiriləcək oyunda son qoymaq istəyirik”.