Ölkə
AZƏRTAC
Sumqayıt Dövlət Univesitetinin tələbələri üçün xaricdə təhsil imkanı
Sumqayıt, 7 aprel,
AZƏRTACSumqayıt Gənclər Evində Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri üçün xaricdə təhsillə bağlı seminar keçirilib. Tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin və SDU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC
xəbər verir ki, “Reduco” Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılan seminarda tələbələrə IELTS proqramı, bu proqramı mənimsəmənin üstünlükləri, eləcə də xaricdə təhsil və yay məktəbləri barədə geniş məlumat verilib.
Daha sonra təlimçilər tələbələri maraqlandıran sualları cavablandırıblar.