Ölkə

Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.


Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, o cümlədən 2 hərbi həkim və mühəndis-istehkam ixtisası üzrə 2 zabit Əfqanıstandakı missiyada iştirak edir.