Dünya
AZƏRTAC
Stress uşaqlarda diabet riskini artırır
Bakı, 11 aprel,
AZƏRTACUşaqlıqda stress, əsasən ailədə ölüm, xəstəlik, boşanma və digər xoşagəlməz hallar birinci növ diabet riskini artırır.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, 10 mindən çox İsveç ailəsində 2-14 yaş arası uşaqlar arasında bu cür faktorlar araşdırılıb və 58 uşaqda birinci növ diabet xəstəliyinə rast gəlinib.
Tədqiqatçıların dediyinə görə, birinci növ diabet xəstəliyinin səbəbləri məlum olmasa da, bu xəstəlik orqanizmin immun sisteminin mədəaltı vəzidəki beta hüceyrələrə hücum etməsi və onlari sıradan çıxarması nəticəsində yaranır. Virus infeksiyaları, artıq çəki, yaxud çəki azlığı, eləcə də xroniki stress kimi ətraf mühit problemləri əsas risk faktorları sayılır.