Strasburq Universitetinin prezidenti tələbələrə mühazirə oxuyub
Bakı, 3 aprel,
AZƏRTACFransanın Azərbaycandakı səfiri Paskal Mönye və Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.
ADİU-dan
AZƏRTAC-a bildirblər ki, “SABAH” qrupunun tələbələri ilə görüşən P.Mönye iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsindən danışıb və bu əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstəriləcəyini bildirib.
Sonra A.Beretz “SABAH” qrupunun tələbələrinə “Fransada ali təhsil və tədqiqat: xarici tələbələr üçün imkanlar” mövzusunda mühazirə oxuyub. Strasburq Universitetinin prezidenti Fransada ali təhsil institutsiyaları, yüksək keyfiyyətli tədqiqatlar, strategiyalar, tətbiq olunan son yeniliklər barədə məlumat verib.
Sonda fransalı qonaqlar tələbələrin suallarını cavablandırıblar.