Soyqırım iddiası Ali Radada
Qondarma erməni soyqırımı iddiaları Ukrayna parlamentində. ANS PRESS-in "Hüriyyət"ə istinadla verdiyi məlumata görə, 1915-ci il hadisələrinin Ukraynada "soyqırım" kimi tanınmasını nəzərdə tutan qanun layihəsini bitərəf millət vəkili Vitaliy Barvinenko tərəfindən təklif edilib.
Qanun layihəsində Barvinenko, Osmanlının 1915-1922-ci illər arasında erməniləri kütləvi şəkildə qətlə yetirdiyinin rəsmən qəbulunu və 24 aprelin anma günü olmasını istəyib.
Layihə Xarici İşlər Komitəsinin gündəm maddəsi olaraq Mədəniyyət və Mənəviyyat, İnsan Haqları, Milli azlıqlar və Millətlər arası münasibətlər, Büdcə və Rüşvətlə Mübarizə Komitələrində müzakirə ediləcək.
Sənəddə məsələnin Ukraynadakı erməni diasporu üçün çox önəmli olduğu deyilir və qəbul edilməsi istənilir.
Adıçəkilən layihənin 500 mindən çox erməni yaşayan Ukrayna parlamentində nə zaman müzakirə ediləcəyi hələ bəlli deyil.
Vitaliy Barvinenko Ukrayna parlamentinə ilk dəfə 2007-ci ildə Yuliya Timoşenkonun partiyasından daxil olub. Daha sonra mövqeyini dəyişərək Timoşenko hökumətinin devrilməsində rol alıb.
İkinci dəfə o Viktor Yanukoviçin partiyasından deputat seçilib. Barvinenko 27 noyabr 2014-cü seçkilərində Odessadan bitərəf olaraq Ali Radaya daxil olub.
MənbəANS PRESS