Digər

Soyğunçuluq edən Bakı sakinindən narkotik götürülüb

Metbuat.az

[ 08 Aprel 2015 13:32 ]



Bakı. Fuad Cəfərov – APA. Soyğunçuluq edən Bakı şəhər sakinində narkotik aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Rahilə Muradovanın 210 manatını və sənədlərini soyğunçuluq yolu ilə alan  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Əsədov tutulub. Ondan 0,280 qram heroin götürülüb.